İlkin Fikrətoğlu: 'Neftçi" evindən didərgin düşmüş rəqiblə bacarmadı - VİDEO

18:35 Neftçi 107
İlkin Fikrətoğlu: 'Neftçi" evindən didərgin düşmüş rəqiblə bacarmadı - VİDEO

Futbolumuzun qara “cümə axşamı”na dırnaqarası “töhfə” verən bir klub da "Neftçi” oldu.

“Ağ-qaralar” 1 həftə öncə Bakıdakı oyunda əsəbimizi korlamış, millətin ümidni yerə çırpıb tapdalamşdı.

“Dinamo Minsk”lə cavab matçı “Neftçi”nin baş məşqçisi və oyunçularına öz günahlarını yumaq ücün verilən şans idi.

Cavab oyunu da nə oyun! UEFA-nın sanksiyasına görə “Dinamo” digər Belarus klubları kimi neytral meydanda oynayır, rəqibə qarşı heç bir azarkeş tızyiqi yox.

Matç sanki Antalyanın otellərində təlim-məşq toplanışı çərçivəsində keçirilən yoxlama oyunudur. Hətta stadionun projektorlarını bir müddət tam yandırmamışdılar, meydan yarıqaranlıq görünürdü.

Azərbaycanın ən zəngin büdcəyə malik iki klubundan biri olasan, alıb gətirdiyin xarici futbolçular “Dinamo” kimi Avropanını ortabablardan da aşağı səviyyəli komandasıyla oyunda bir işə yaramasın.

“Neftçi” bax belə, öz evindən, stadionundan didərgin düşmüş bir rəqiblə bacarmadı.

Topu iki əliylə qamarlayan Sakonu bundan sonra futbol yox, vaterpol yarışlarında sınayarsız.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti