“Sabah”dan sonra daha 5 klub mərhələ adladı - ÇL-də NƏTİCƏLƏR

“Sabah”dan sonra daha 5 klub mərhələ adladı - ÇL-də NƏTİCƏLƏR

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları start götürüb.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 6 matç keçirilib.

Azərbaycan təmsilçisi “Sabah” Finlandiyada “KuPS"u 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib, həmçinin Konfrans Liqasında Liqa mərhələsinə vəsiqəni təmin edib.

Azərbaycanlı müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” (Albaniya) Sloveniyanın “Çelye” komandası ilə qarşılaşıb. Matçın əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb.

Penaltilər seriyasında isə daha dəqiq oynayan “Çelye” növbəti mərhələyə yüksəlib, “Eqnatiya” isə mübarizəni dayandırıb. Zamiq Əliyev bu qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

“KuPS” (Finlandiya) – “Sabah” (Azərbaycan) - 0:2

İlk oyun - 0:1

“Linkoln Red İmps” (Cəbəllütariq) – “Myalbü” (İsveç) - 0:0

İlk oyun - 0:3

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Tun” (İsveçrə) - 3:2

İlk oyun - 1:1

“Çelye” (Sloveniya) – “Eqnatiya” (Albaniya) - 2:2, penaltilər seriyası - 4:1

İlk oyun - 3:3

“Harts” (Şotlandiya) – “Şturm Qrats” (Avstriya) - 0:2

İlk oyun - 0:4

“Şemrok Rovers” (İrlandiya) – “Ararat” (Ermənistan) - 2:1

İlk oyun - 0:2

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 İyul 19:30 Çək və bizə göndər!