İştirakçılar açıq və qapalı formatda öz liqalarını yarada bilərlər

01:50 Hadisə 68
İştirakçılar açıq və qapalı formatda öz liqalarını yarada bilərlər

AFFA azarkeşlər üçün yeni və innovativ rəqəmsal futbol məhsulu olan APL Fantasy platformasının rəsmi istifadəyə verildiyini elan edib.

APL Fantasy Azərbaycan Premyer Liqasının azarkeşlərinə öz futbol biliklərini nümayiş etdirmək, virtual komanda qurmaq, liqa iştirakçıları ilə rəqabət aparmaq və mövsüm ərzində müxtəlif mükafatlar qazanmaq imkanı yaradıb.

İştirakçılar Premyer Liqa oyunçularından ibarət heyət formalaşdıraraq hər turun nəticələrinə uyğun xallar toplayacaq və ümumi reytinqdə yüksəlmək uğrunda mübarizə aparacaqlar.

Sportinfo.az xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycan futboluna marağı artırmaq, azarkeşlərin çempionatda iştirak hissini gücləndirmək və rəqəmsal platformalar vasitəsilə futbolsevərlərə yeni təcrübə təqdim etməkdir.

Layihənin müəllifi, AFFA-nın Futbolun İnkişafı Departamentinin skautinq və analitika üzrə meneceri Ziya Əsgərov qeyd edib ki, burada xal sistemi futbolçuların meydandakı çıxışına əsaslanır.

Məsələn, əsas heyətdə oyuna başlayan futbolçu əlavə xal qazanır, buraxılan qollar isə müdafiəçilər və qapıçılar üçün mənfi xal hesablanır.

Qol vuran, penalti qazandırmış futbolçu isə komandaya əlavə xallar gətirir.

Ziya Əsgərov bildirib ki, istifadəçilər komanda yaratdıqdan sonra avtomatik olaraq seçdikləri klubun liqasına qoşulurlar. Onun sözlərinə görə, iştirakçılar açıq və qapalı formatda öz liqalarını da yarada bilərlər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 20:00 Çək və bizə göndər!