“Klubun adını çəkəndə, o, mənə dərhal “get” dedi”

2 Avqust 23:20 Qarabağ 158
“Klubun adını çəkəndə, o, mənə dərhal “get” dedi”

“Klubun adını çəkəndə, mənə dərhal “get” dedi. Bu, onun ilk reaksiyası oldu”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın sabiq legioneri Leandaro Andrade deyib.

“Qarabağ”dan ayrılan Leandro Andrade yeni klubu “Polesye” ilə müqavilə bağlayıb.

Kabo-Verdeli yarımmüdafiəçi Ukrayna kluibu ilə 2029-cu ilin iyununa qədər müqavilə imzalayıb. 26 yaşlı afrikalı “Qarabağ”dakı komanda yoldaşı Aleksey Kaşukun “Polesye” barədə dediklərini açıqlayıb:

“Kaşuk Ukraynanın çox yaxşı ölkə olduğunu, insanların mehriban davrandığını və özümü evdəki kimi hiss edəcəyimi söylədi.

Mənə elə gəlir ki, buradakı mentalitet Portuqaliya və hətta Kabo-Verde mentalitetindən çox da fərqlənmir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 20:00 Çək və bizə göndər!