İsrail klubuna icarəyə verilən Rüfət Abdullazadə hamınızı sevindirdi!

12:20 Bizimkilər 368
İsrail klubuna icarəyə verilən Rüfət Abdullazadə hamınızı sevindirdi!

Rüfət Abdullazadə İsraildə karyerasına uğurlu başlanğıc edib.

Yay transfer dövründə “Varajdin”dən (Xorvatiya) icarə əsasında İsrail təmsilçisi “İroni Kiryat-Şmona”ya qoşulan vinger yeni komandasında keçirdiyi ikinci rəsmi qarşılaşmada ilk qoluna imza atıb.

Həmyerlimiz İsrail Toto Kubokunun qrup mərhələsinin üçüncü turunda “İroni Tiberias”la səfər oyununa start heyətində çıxıb.

Qarşılaşmanın ilk hissəsi qolsuz bərabərliklə başa çatsa da, ikinci hissədə Azərbaycan millisinin üzvü matçın taleyini həll edib.

O, 61-ci dəqiqədə rəqib qapısına yol taparaq “Kiryat-Şmona”nı hesabda önə keçirib. Bu qol matçda yeganə olub və meydanı 1:0 hesablı qələbə ilə tərk ediblər.

Beləliklə, Rüfət İsraildəki ilk qolunu vurmaqla yanaşı, komandasına üç xal qazandıran qələbə topunun müəllifi olub. Yarımmüdafiəçi ümumilikdə 84 dəqiqə meydanda qalıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti