Musayev bu dəfə Serbiyada döyüşdü və qazandı - VİDEO

2 Avqust 08:20 Digər növlər 401
Musayev bu dəfə Serbiyada döyüşdü və qazandı - VİDEO

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev UFC karyerasında növbəti uğuruna imza atıb.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı idmançı Serbiyanın paytaxtı Belqradda keçirilən UFC Fight Night turnirində slovakiyalı Ludovit Kleinlə qarşılaşıb.

Yüngül çəki dərəcəsində baş tutan döyüş gecənin ilkin kartında yer alıb. Musayev rəqibini məğlub edərək UFC-də ikinci qələbəsini rəsmiləşdirib.

Bu, Tofiq Musayevin UFC-də üçüncü döyüşü olub. Azərbaycanlı döyüşçü təşkilatda debütünü 2025-ci ilin iyununda Bakıda keçirib və Mıktıbek Orolbayla görüşdə məğlub olub.

O, daha sonra 2026-cı il martın 28-də İqnasio Bahamondesə qalib gələrək UFC-də ilk qələbəsini qazanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM