“Real”ın daha bir futbolçusunu heyətinə qatmaq istəyir

01:30 İngiltərə 111
“Real”ın daha bir futbolçusunu heyətinə qatmaq istəyir

“Fulhem” “Real”ın daha bir futbolçusunu heyətinə qatmaq istəyir.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, London təmsilçisi yarımmüdafiəçi Tiaqo Pitarcı transfer etmək niyyətindədir.

Bundan əvvəl mətbuatda hücumçu Qonsalo Qarsiya və yarımmüdafiəçi Sezar Palasiosun da “Real”dan “Fulhem”ə keçidə yaxın olduğu barədə xəbərlər yayılmışdı.

18 yaşlı yarımmüdafiəçi özü də “Fulhem”ə keçməyə müsbət yanaşır. O, burada əvvəllər “Real”ın aşağı yaş qruplarında onunla çalışan Alvaro Arbeloa ilə yenidən birlikdə işləmək istəyir.

İspaniyalı 2025/26 mövsümünün ikinci yarısında məhz Arbeloanın rəhbərliyi altında müntəzəm oyun praktikası qazanmışdı. “Transfermarkt” portalı Pitarcın dəyərini 20 milyon avro qiymətləndirir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 20:00 Çək və bizə göndər!