“Atletik”in müdafiəçisi Emerik Laportun “Barselona”ya keçmək ehtimalı azalıb.
Sportinfo.az “Diario AS” nəşrinə istinadən xəbər verir ki, Bilbao klubu 32 yaşlı futbolçunu satmaq istəmir və onun üçün 80 milyon avro tələb edir.
“Barselona”nın da dünya çempionatından sonra müdafiəçini heyətinə qatmağı planlaşdırsa da, bu məbləğə görə başqa variantlara yönələ biləcəyi bildirilib.
Daha əvvəl oyunçunun müqaviləsində 15 milyon avroluq sərbəstqalma maddəsinin olduğu iddia edilsə də, “Atletik” bu məlumatı təkzib edib.
Laport bu yay İspaniya millisinin heyətində dünya çempionu olub.

