Dasayev Azərbaycanı seçən Plyuşenkonu pislədi: “Futboldan başı çıxmır”

07:50 Problem 143
Dasayev Azərbaycanı seçən Plyuşenkonu pislədi: “Futboldan başı çıxmır”

Əfsanəvi sovet qapıçısı Rinat Dasayev Kabo-Verde millisinin qapıçısı Vozinyanın oyunu ilə bağlı fikirlərini bölüşüb.

40 yaşlı Vozinya 2026-cı il Dünya Kuboku zamanı ulduza çevrilib və Çilinin “Kolo-Kolo” klubuna keçəcəyi gözlənilir.

Sportinfo.az xəbər verir ki, Dasayev “Sport24”ə verdiyi müsahibədə Azərbaycan vətəndaşlığını qəbul edən Aleksandır Plyuşemkonun iddiasına da münasibət bildirib.

Plyuşenko Vozinyanın Lev Yaşindən yaxşı olduğunu iddia edib.

“Vozinya, yaşı çox olsa da, Dünya Kubokunda yaxşı çıxış etdi. Kiminsə sağlamlığı imkan verirsə və istəyirsə, niyə oynamasın?

Meydanda yaşına fikir vermir, gənc kimi oynayır və komandaya kömək etməyə çalışır. Xüsusilə İspaniyaya qarşı yaxşı oyun göstərərək bunu təsdiqlədi.

Amma onun Yaşindən yaxşı olması iddiası cəfəngiyatdır. Plyuşenkonun futboldan başı çıxmır.

Əvvəla, o, Yaşini heç vaxt görməyib . Bunu necə qiymətləndirə bilər? Bu, mümkün deyil”, – Dasayev deyib.

13 yaşlı Aleksandr Plyuşenko əfsanəvi rus fiqurlu konkisürən Yevgeni Pluişenkonun oğludur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 20:00 Çək və bizə göndər!