“Bəxtimiz gətirdi, “Sabah”a böyük hesabla uduzmadıq”

12:40 Çempionlar Liqası 6 957
“Bəxtimiz gətirdi, “Sabah”a böyük hesabla uduzmadıq”

Sportinfo.az xəbər verir ki, bunu Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Bakıda “Sabah”a 0:1 hesabı ilə məğlub olan “KuPS”un (Finlandiya) polşalı hücumçusu Pyotr Pajişek deyib.

- İlk hissədə rəqibə kifayət qədər təzyiq göstərə bilmədik.

- Qarşılaşma barədə nə deyə bilərsiniz?

- Düşünürəm ki, bu gün müəyyən mənada bəxtimiz gətirdi. Matç cəmi bir qolla yekunlaşdı. İlk hissədə əsasən müdafiə olunurduq. İkinci hissədə oyunumuz nisbətən yaxşılaşdı, amma yenə də “Sabah” daha təhlükəli epizodlar yaratdı. Oyunun sonunda bizim də bir real qol imkanımız oldu, lakin ondan istifadə edə bilmədik. Ümumilikdə isə səfərdə 1:0 hesablı nəticə ilə meydanı tərk etməyimiz bizim üçün müsbət haldır.

- Komandanızın oyununda nə çatmadı?

- İlk hissədə rəqibə kifayət qədər təzyiq göstərə bilmədik. Onlara topa rahat nəzarət etmək və oyun qurmaq imkanı verdik. İkinci hissədə pressinqi artırdıq və bu, oyunumuzu yaxşılaşdırdı. Düzdür, “Sabah” yenə də bir neçə təhlükəli vəziyyət yaratdı, amma ilk hissədə daha aqressiv oynamalı idik. Buna baxmayaraq, 1:0 hesablı nəticəni qənaətbəxş hesab edirəm.

- “Sabah” haqqında fikirləriniz necədir?

- Çox yaxşı komandadır. Stadionda yaradılan atmosfer də əla idi. Azarkeşlər komandalarını yüksək səslə dəstəkləyirdilər. Meydança keyfiyyətli idi və tribunalar meydançaya yaxın yerləşdiyindən atmosfer daha da təsirli görünürdü. “Sabah”ın heyətində güclü futbolçular var. “Qarabağ” kimi komandanı geridə qoyaraq çempion olmaq təsadüfi deyil. Buna görə də rəqibimizə böyük hörmətlə yanaşırıq. Gələn həftə onlara qarşı maksimum gücümüzü ortaya qoymalı olacağıq.

- Cavab matçında şanslarınızı necə qiymətləndirirsiniz?

- Bunu evdə görəcəyik. İndi onlar bizim meydanımıza gələcəklər. Orada süni örtüklü fərqli meydança və başqa şərait olacaq. Keçmişdə bir çox komandalar Finlandiyada çətinlik çəkiblər. Ümid edirik ki, öz oyunumuzu rəqibə qəbul etdirə biləcəyik və bugünkü matçla müqayisədə daha yaxşı çıxış edəcəyik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyul 21:30 Çək və bizə göndər!