“Qalatasaray” rusiyalını ala bilər - Bu qiymətə

3 Avqust 00:10 Türkiyə 350
“Qalatasaray” rusiyalını ala bilər - Bu qiymətə

“Lokomotiv”in (Rusiya) hücumameyilli yarımmüdafiəçisi Aleksey Batrakov karyerasını “Qalatasaray”da davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul klubu transfer danışıqlarında ciddi irəliləyiş əldə edib.

21 yaşlı futbolçunun keçidinin 20 milyon avroya başa gələ biləcəyi bildirilib. Bu məbləğin 16 milyon avrosu “Lokomotiv”ə, 4 milyonu isə futbolçunun agentinə çatacaq.

Daha əvvəl rusiyalı oyunçu ilə PSJ də maraqlanıb.

“Qalatasaray” 2026/2027 mövsümündə UEFA Çempionlar Liqasında iştirak edəcək.

Digər Xəbərlər
Xəbər Lenti