“Azərbaycanda güclü çempionat və keyfiyyətli futbolçular var”

3 Avqust 08:40 Hadisə 1 095
“Azərbaycanda güclü çempionat və keyfiyyətli futbolçular var”

“Azərbaycan futbolu haqqında yalnız xoş sözlər deyə bilərəm”.

Sportinfo.az xəbər verir ki, bunu Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Sumqayıtda “Zirə” ilə heç-heçə edən (1:1) “Payde”nin hücumçusu Henri Anyer deyib.

İlk görüşdə “Payde”yə 0:1 hesabı ilə uduzan “Zirə” iki oyunun nəticəsinə görə Konfrans Liqasında mübarizəni dayandırıb.

Esdtoniyalı forvard Azərbaycan futbolu və Bakı barədə fikirlərini bölüşüb:

“Burada güclü çempionat və keyfiyyətli futbolçular var. Bu regionda oyunlar heç vaxt asan olmur.

Bakı gözəl şəhərdir, insanlar isə çox mehriban və qonaqpərvərdirlər”.

Digər Xəbərlər
Xəbər Lenti