İdman adamının öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş: FOTOLAR

3 Avqust 08:20 Hadisə 461
İdman adamının öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş: FOTOLAR

Goranboyda 33 yaşlı Elvin Aslanov öldürülüb, şübhəli şəxs kimi isə onun atası saxlanılıb.

Sportinfo.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, E.Aslanov valideynlərinin mübahisəsi zamanı həlak olub.

İlkin ehtimala əsasən, ailə münaqişəsi zəminində düşən dava zamanı 57 yaşlı Şahin Aslanov həyat yoldaşına bıçaqla xəsarət yetirmək istəyib.

Bu zaman araya girən oğlu Elvin bıçaq zərbəsinə tuş gəlib və aldığı xəsarətdən dünyasını dəyişib.

Qətlə yetirilən E.Aslanovun fitnes klub rəhbəri olduğu bildirilir.

Həyatını itirən Elvinin fotosunu təqdim edirik:

elvinin-olduyu-qetlin-detallari

Digər Xəbərlər
Xəbər Lenti