“Qarabağ”ın sabiq qapıçısı Luka Quqeşaşvili karyerasını Türkiyədə davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, 26 yaşlı qolkiper “Göztepe”yə keçib.
Qapıçı 2026/27 mövsümünün sonunadək PAOK-dan icarəyə götürülüb.
Quqeşaşvili 2022-ci ilin qışından 2024-cü ilin yayınadək "Qarabağ"da çıxış edib.
Türkiyə mətbuatının iddiasına görə, Superliqa təmsilçisi indidən bu transferə görə tərəddüd içindədir. “Göztəpə”nin “Qarabağ” cəbhəsindən xəbərdarlıq aldığı yazılıb.
Məlumata görə, Türkiyə klubuna onun Ağdam klubunda çıxış etdiyi dönəmdə stabil olmadığı bildirilib.
Buna rəğmən, “Göztəpə” 27 yaşlı “əlcək sahibi”nin həll edib.

