"Sabah"ın Çempionlar Liqasında növbəti rəqibi bilindi

15 İyul 01:20 Çempionlar Liqası 610
"Sabah"ın Çempionlar Liqasında növbəti rəqibi bilindi

"Sabah"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, bu, "Kups" olub.

Komanda 1-ci mərhələdə Şimali Makedoniya "Vardar"ı ilə qarşılaşıb.

"Kups" ilk oyunda 2:0 hesablı qələbə qazanıb, cavab görüşündə 2:3 hesabı ilə uduzub. Beləliklə, Finlandiya təmsilçisi ümumi hesabda qalib gələrək, "Sabah"a rəqib olub.

Sözügedən komandalar arasında ilk matç iyulun 21-də Bakıda, cavab qarşılaşması isə iyulun 28-də Kuopioda keçiriləcək.

"Sabah" ÇL-in 1-ci təsnifat mərhələsində Uels TNS-ini mübarizədən kənarlaşdırıb (2:0, 1:2).

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı