“Sabah”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Orhus" Danimarka Superliqasında növbəti oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, "Orhus" səfərdə "Lünqbü"nün qonağı olub.
Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
“Orhus” - “Sabah” matçı avqustun 5-də Randers şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Cavab matçı isə avqustun 11-də Masazırdakı "Bank Respublika Arena"da olacaq və saat 20:00-da start götürəcək.
"Lünqbü" - "Orhus" 2:2
Qollar: Dani, 67, F.Qytkyer, 88-pen. // K.Arnstad, 42-pen; J.Yonsson, 90+1

