Çempionlar Liqasında inamla irəliləyən “Sabah”ın növbəti rəqibi “Orhus”dur.
Təmsilçimiz 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində bu komanda ilə Danimarkada üz-üzə gələcək.
"Sabah” vətəni oyundan iki gün əvvəl tərk edəcək.
Avqustun 3-ü günorta saatlarında Bakıdan çarter reysli təyyarə ilə havaya qalxacaq nümayəndə heyəti təxminən 4 saatlıq uçuşdan sonra Orhus şəhərinə enəcək.
Komanda üzvləri həmin gün yol yorğunluğunu çıxaracaq.
Ertəsi, yəni avqustun 4-də Bakı vaxtı ilə saat 20:00-da baş məşqçi Valdas Dambrauskas mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq.
Bundan yarım saat sonra isə komandanın oyunöncəsi son məşqi başlayacaq.
Avqustun 5-də “Randers” stadionunda keçiriləcək “Orhus” – “Sabah” görüşü Bakı vaxtı ilə saat 20:30-da start götürəcək və “İctimai TV” vasitəsilə canlı yayımlanacaq.
HƏBİB / SPORTİNFO.AZ

