Toral “Bursaspor”da elə bir hərəkət etdi ki… VİDEO

3 Avqust 09:00 Bizimkilər 1 024
Toral “Bursaspor”da elə bir hərəkət etdi ki… VİDEO

Azərbaycan millisinin və “Bursaspor”un müdafiəçisi Toral Bayramov məşqdə dəqiqliyi ilə diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı futbolçu topa bir toxunuşla dəqiq zərbə endirib.

Tapşırığı uğurla yerinə yetirən Bayramov daha sonra komanda yoldaşının təbrikini qəbul edib.

“Bursaspor” görüntüləri rəsmi sosial şəbəkə hesabında hədəf işarəsi ilə paylaşaraq azərbaycanlı futbolçunun bacarığını önə çıxarıb.

Toral Bayramov mayda “Qarabağ”dan ayrılaraq “Bursaspor”a keçib. Türkiyə komandası Azərbaycan millisinin üzvü ilə yeni mövsümün heyət planlaması çərçivəsində müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti