“Bizim üçün rəqabət bir az çətindir” - Hacı Əliyev söylədi

08:10 Güləş 76
“Bizim üçün rəqabət bir az çətindir” - Hacı Əliyev söylədi

Bakıda təşkil olunan U-17 dünya çempionatında Azərbaycanın sərbəst güləşçilərinin daha çox medal qazanması yaxşı nəticə olardı.

Sportinfo.az xəbər verir ki, bunu 17 yaşadək sərbəst güləşçilərdən ibarət Azərbaycan millisinin böyük məşqçisi Hacı Əliyev deyib.

Mütəxəssis Bakıda təşkil olunan mundialın nəticələrindən danışıb:

"İstərdim ki, 10 sərbəst güləşçimizin hər biri medal qazansın. Dünya çempionatının başlanmasına ayyarım qalmış fəaliyyətə başladım. Bu mənim məşqçi kimi ilk işimdir. Güləşçi olarkən nəticə qazanmaq başqa şeydir, məşqçi kimi çalışarkən uğur əldə etmək isə bir başqa. Lakin bir məqamı da qeyd etmək istəyirəm. Yunan-Roma və qadın güləşi ilə müqayisədə sərbəst növdə ABŞ, Yaponiya və İran idmançıları çox güclüdürlər. Ona görə bizim üçün rəqabət bir az çətindir".

H.Əliyev gələcəkdə keçiriləcək dünya çempionatını xatırladaraq orada uğur qazanmaq istədiklərini bildirib:

"Biz öz üzərimizdə daha çox çalışaraq yaxşı nəticələr əldə edəcəyik. İbrahim Həsənov kimi başqa güləşçilər də uğurlu nəticələr qazanacaqlar. Dünya çempionatının Bakıda keçirilməsi idmançılarımızı bir qədər həyəcanlandırdı. Düşünürdüm ki, azarkeşlərimiz qarşısında çıxış etmək onları həvəsləndirər. Lakin bu həvəs həyəcanla əvəz olundu".

Azərbaycanın sərbəst güləş milisi dünya çempionatını 1 gümüş medalla başa vurub. Yeganə mükafatı İbrahim Həsənov (51 kq) qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 20:00 Çək və bizə göndər!