Rüfət Abdullazadə İsraildə ilk qolunu vurub.
İyunda “Varajdin“ tərəfindən “İroni Kiryat Şmona”ya icarəyə verilən yarımmüdafiəçi Toto Kubokunun qrup mərhələsinin üçüncü turunda fərqlənib.
25 yaşlı vinger “İroni Tiberias”la səfər qarşılaşmasında adını tabloya yazdırıb. Yığmamızın üzvü 61-ci dəqiqədə Ariel Şeratskinin ötürməsini dəqiq zərbə ilə tamamlayaraq hesabı açıb və “İroni Kiryat Şmona” 1:0 hesabı ilə qalib gəlib.
Bu, azərbaycanlı oyunçunun İsraildə vurduğu birinci qol kimi tarixə leçib.
Abdullazadə 52-ci dəqiqədə cərimə zərbəsindən də fərqlənməyə yaxın olub, lakin top dirəyə dəyib. O, qarşılaşmanın 85-ci dəqiqəsində əvəzlənib.
“Sumqayıt“ın yetirməsi iyunun sonunda Xorvatiya komandasından mövsümün sonunadək icarəyə götürülüb. İsrail təmsilçisi müqaviləyə futbolçunu satın almaq hüququ da əlavə edib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

