"Neftçi"yə yay fasiləsində böyük ümidlərlə qoşulan legionerlərdən biri də Andrey Qravilyon oldu.
İtaliyada zəngin karyerası olan, "İnter", "Torino" kimi klublar görmüş stoperin yeni Mitreski, Kardozo olacağı ehtimal olunurdu.
Amma cəmi iki oyun bəs elədi ki, onun maksimum Yuri Matias olacağını iddia edək.
Bənzər elementləri çoxdur.
Hazır "bomba"dı.
Hər hücumda açıla bilər. Necə ki, "Dinamo" ilə Bakıdakı matçda 4 dəfə partladı.
Səfər görüşündə də ideal oynadı demək olmaz.
Uğursuz ikili mübarizələri, yol verdiyi kobud mövqe səhvləri, yanlış ötürmələri və.s.
Sadəcə bəxti gətirdi ki, bu dəfə belaruslular dəqiq ola bilmədi.
Hə, bir də Matiasla ən oxşar cəhəti odur ki, publikaya işləyir.
Hay-küy salıb, buraxılan qollarda, qaçırılan epizodlarda elə reaksiya verir ki, sanki tək üzülən budur.
Tək günahsız budur.
Halbuki problemləri yaradan birinci adam elə özüdür.
Qısası, "Neftçi" sevərlər hazır olsun - Yeni Yuri Matias gəlib.
XANOĞLAN / SPORTİNFO.AZ

