“Sabah”a bağlı olanların gözləri yollarda qalmayacaq

19:00 Sabah 168
“Sabah”a bağlı olanların gözləri yollarda qalmayacaq

Avrokuboklarda üzümüzü güldürən “Sabah” növbəti oyuna hazırlaşır.

Çempionlar Liqasındakı təmsilçimiz turnirin 3-cü təsnifat mərhələsinin ilk qarşılaşmasında səfərdə “Orhus”un qonağı olacaq.

"Bayquşlar” bu dəfə də özünü bayquş kimi hiss etməyəcək.

Ötən həftə Finlandiyada olduğu kimi, bu oyunu da Avropada yaşayan azərbaycanlılar stadionda canlı izləyəcək, Azərbaycan təmsilçisini dəstəkləyəcək.

Say barədə dəqiq məlumat yoxdur. Təxminən 50-yə yaxın həmyerlimizin arenaya təşrif buyuracağını ehtimal etmək olar.

Avqustun 5-də Orhus şəhərində yerləşən “Çeres Park” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

Komandalar arasındakı cavab oyunu avqustun 11-də “Bank Respublika Arena”da reallaşacaq. Matç saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti