“Sabah”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionunun rəqibi “Lex” (Polşa) – “Orhus” (Danimarka) cütünün qalibi olub.
Bu komandaların ilk görüşündə “Lex” səfərdə 4:1 hesabı ilə qələbə qazanmışdı.
Poznan şəhər stadionunda keçirilən cavab qarşılaşmasında isə bu dəfə Danimarka təmsilçisi eyni hesabla qalib gəlib - 4:1 (3:0 əsas vaxtda, 1:1 əlavə vaxtda).
Beləliklə, qalibi penaltilər seriyası müəyyən edib. Burada daha dəqiq olan “Orhus” (4:3) növbəti mərhələyə yüksəlməklə “Sabah”a rəqib olub.
ÇL-də 3-cü təsnifat mərhələsinin matçları 4/5 avqust və 11 avqusta təyin edilib. “Sabah” ilk oyununu Danimarkada keçirəcək.

