"Sabah" Çempionlar Liqasında uğurlu çıxışını davam etdirir.
"Bayquşlar" Uels çempionu TNS-in ardınca Finlandiya çempionu "KuPS"u da mübarizədən kənarlaşdıraraq adını üçüncü mərhələyə yazdırıb.
Bununla həm də minimum Konfrans Liqasının liqa mərhələsində çıxış edəcəyini özü üçün təmin edib.
Bəs bundan sonra məqsəd nədir?
Sportinfo.az-a açıqlamasında komandanın önəmli simalarından biri olan Timoteuş Puxaç bunları deyib:
Əgər Allahın qismətində bizim Çempionlar Liqasında oynamağımız varsa, O bizi ora aparacaq.
Qarşıdakı mərhələdə çox güclü rəqiblərlə üz-üzə gələcəyik.
Biz isə bu yolu zövqlə keçəcək və əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".
XANOĞLAN

