"Payde" dərsi və ya ayıb oldu!

2 Avqust 23:45 Zirə 99
"Payde" dərsi və ya ayıb oldu!

Avrokuboklardakı təmsilçilərimizin sayı ikiyə endi.

Avropa turunu yarıda tərk edən ilk klub "Zirə" oldu.

Özü də biabırçı nəticə ilə.

Bəli, Estoniya klubunu iki oyunda məğlub edə bilməməyin başqa adı yoxdur.

Düzdü, həm səfərdə, həm də Sumqayıtda üstün oynayan Rəşad Sadıqovun yetirmələri oldu.

Çox sayda qol imkanları qaçırıldı.

180 dəqiqə boyu ərazi üstünlüyü "qartallar"da oldu.

Bəzən boş qapıya düşmək mümkün olmadı.

İnanılmaz fürsətlər qaçırıldı.

Amma nə fayda?

Tabloda ümumi hesab 1:2 estonların xeyrinə oldu.

Növbəti mərhələni də, reytinq xallarını da "Payde" qazandı

"Torpedo"nu iki oyunda mat qoyan komandaya bu yaraşmadı.

Start heyətində 9, ehtiyat oyunçular skamiyasında 6 legioneri olan kluba heç yaraşmadı.

Sadəcə ayıb olsun!

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 20:00 Çək və bizə göndər!