Penaltilər seriyasını tam şəkildə “lotereya” adlandırmaq bəzən mübahisəli görünə bilər.
Çünki burada texniki hazırlıq, psixoloji dayanıqlıq və qapıçının analizi də rol oynayır.
Lakin iki komandanın 210 dəqiqə ərzində bir-birinə üstünlük qura bilmədiyi belə qarşılaşmada nəticəni bir zərbənin müəyyən etməsi tərəflər arasındakı real oyun fərqini tam əks etdirmir.
“Qarabağ” Sofiyadakı matçın böyük hissəsində daha çox topa sahib olan, daha çox zərbə vuran və rəqib qapısı qarşısında daha çox görünən tərəf idi.
Buna görə ÇSKA-ya məğlubiyyəti komandanın ümumi səviyyəsinin aşağı düşməsi kimi deyil, yenilənən heyətin hələ tam formalaşmaması və hücum effektivliyinin lazımi səviyyəyə çatmaması kimi qiymətləndirmək daha doğrudur.
Fikrimizcə, “Qarabağ” oyunlara keçdikcə, daha yaxşı vəziyyətə gələcək. Hazırkı heyətin əsas üstünlüyü onun dərinliyidir.
Demək olar ki, hər mövqedə alternativlərin olması komandaya həm Azərbaycan çempionatında, həm də avrokuboklarda rotasiya etmək imkanı verir.
Yeni transferlər tam uyğunlaşdıqdan sonra “Qarabağ”ın oyun tempi, pressinq intensivliyi və hücumdakı seçimləri artacaq.
Ağdamlılar artıq Avropa Liqasındakı mübarizəni dayandırsa da, Konfrans Liqasının liqa mərhələsinə düşmək üçün kifayət qədər keyfiyyətə və təcrübəyə malikdir.
“Qarabağ” bu keçid dövrünü düzgün idarə edərsə, Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq və mövsüm irəlilədikcə indikindən daha güclü komanda təsiri bağışlayacaq.
SPORTİNFO.AZ

