Premyer Liqanın iştirakçısında braziliyalı yeni qapıçı

09:50 Qəbələ 220
Premyer Liqanın iştirakçısında braziliyalı yeni qapıçı

Növbəti mövsümdə Premyer Linada qalmaq uğrunda mübarizə aparacaq "Qəbələ" daha bir legionerlə anlaşıb.

"Qırmızı-qaralar" bu dəfə qapıçı mövqeyinə diqqət ayırıb.

Braziliyadan olan kiper "1 nömrə" olmaq uğrunda Səlahət Ağayevlə rəqabət aparacaq.

Əyalət təmsilçisi öncəki həftə və günlərdə 5 yeni oyunçu ilə anlaşıb, hamısı da legionerdir.

Kouya Mabena ("Floriana", Malta), Natan Monzanqo (“Bravo”, Sloveniya), Karim Rossi (Son klubu "Şamaxı"), Uboçioma Meşak (“Kazintsbartsika”, Macarıstan) və Bruno Silva (“Oliveyrense”, Portuqaliya) Kaxaber Sxadadzenin ixtiyarına verilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Avqust 18:10 Çək və bizə göndər!