Bu gün ÇL-də püşk atılacaq - “Sabah”ın mümkün rəqibləri AÇIQLANDI

11:40 Sabah 206
Bu gün ÇL-də püşk atılacaq - “Sabah”ın mümkün rəqibləri AÇIQLANDI

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Püşk zamanı “Orhus” (Danimarka) - “Sabah” cütünün qalibinin də rəqibinin kimliyinə aydınlıq gələcək.

Bu cütlük səpələnməmişlər səbətində yer alıb. Rəqib səpələnmişlər səbətində yer alan bu komandalardan biri olacaq:

Hapoel” (Beer-Şeva, İsrail) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Kauno Jalgiris” (Litva) cütünün qalibi

“Seltik” (Şotlandiya)

“Myelbü” (İsveç) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi

AEK (Afina, Yunanıstan)

Pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26 avqustda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti