Məğlubiyyətə şükr etdi: “Bu, bizim üçün ən pisi deyil”

23 İyul 13:40 Çempionlar Liqası 801
Məğlubiyyətə şükr etdi: “Bu, bizim üçün ən pisi deyil”

“Azərbaycan haqqında yalnız müsbət təəssüratlarım var.

Buradakı insanlar həqiqətən çox mehribandır.

Bakı şəhəri, tarixi yerlər həqiqətən çox gözəldir. Həqiqətən çox yaxşı bir səfər oldu və biz hər şeydən çox razı qaldıq”.

Sportinfo.az xəbər verir ki, bunu Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Bakıda “Sabah”a 0:1 hesabı ilə məğlub olan “KuPS” unqapıçısı Yohannes Kreydi deyib.

Finlandiya klubunun 30 yaşlı avstriyalı qolkiperi məğlubiyyəti belə şərh edib:

“Bəli, həqiqətən çox çətin və sürətli oyun oldu, xüsusən də ilk hissə. Çoxlu hücumlar qura bilmədik.

Müdafiə olunmalı idik və çox əziyyət çəkdik. Amma məncə, öz cərimə meydançamızda həqiqətən yaxşı müdafiə olunduq.

Düşünürəm ki, nəticə bizim üçün ən pisi deyil. Bundan da çox ola bilərdi. Amma biz son dəqiqəyə qədər mübarizə apardıq və hətta təkbətək epizodda fərqlənə də bilərdik”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi