PSJ 5 illik müqavilə təklif etdi - “Barselona”nın hücumçusuna

01:40 Fransa 104
PSJ 5 illik müqavilə təklif etdi - “Barselona”nın hücumçusuna

PSJ “Barselona”nın hücumçusu Ferran Torresi transfer etmək niyyətindən əl çəkmir.

Sportinfo.az “Sport”-a istinadən xəbər verir ki, Fransa çempionu 26 yaşlı forvardı bu yay heyətinə qatmaq üçün bütün imkanlarını səfərbər edəcək.

Paris təmsilçisi ispaniyalı futbolçuya müddəti beş il olan müqavilə təklif edib və “Barselona”nın yeni sözləşmə üçün irəli sürəcəyi istənilən maliyyə təklifini üstələməyə hazırdır.

Transferlə bağlı yekun qərarı isə Torres özü verəcək.

Hazırkı müqaviləyə əsasən, hücumçunun “Barselona” ilə sözləşməsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Bundan əvvəl İspaniya mətbuatı Kataloniya klubunun futbolçuya sentyabrda yeni müqavilə təklif etməyi planlaşdırdığını yazmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 20:00 Çək və bizə göndər!