Azərbaycanın qələbəsindən sonra oyunçular arasında dava düşdü - VİDEO

07:30 Basketbol 78
Azərbaycanın qələbəsindən sonra oyunçular arasında dava düşdü - VİDEO

Basketbol üzrə U-18 Avropa çempionatının B divizionunda Azərbaycan və Portuqaliya yığmaları arasında keçirilən oyundan sonra insident yaşanıb.

Sportinfo.az xəbər verir ki, komandalar arasında baş tutan qarşılaşma Azərbaycan millisinin 52:50 hesablı qələbəsi ilə yekunlaşsa da, final fitindən sonra basketbolçular arasında gərginlik yaranıb.

Məlumata görə, tərəflər arasında mübahisə qısa müddətdə davaya çevrilib. Hadisənin hansı səbəbdən baş verdiyi və insidentlə bağlı hər hansı intizam tədbirinin görülüb-görülmədiyi hələlik açıqlanmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 20:00 Çək və bizə göndər!