Kuba millisinin hücumçusu “Turan”da - Birillik kontrakt

2 Avqust 09:00 Voleybol 473
Kuba millisinin hücumçusu “Turan”da - Birillik kontrakt

Kuba milli komandasının hücumçusu Vilma Salas “Turan” voleybol klubunun heyətinə qoşulub.

Sportinfo.az bu barədə kluba istinadən bildirir.

188 sm boya malik hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Dünya voleybolunda zəngin təcrübəyə malik olan Vilma Salas yeni mövsümdə həm Azərbaycan Yüksək Liqasında, həm də Avropa arenasında komandamızın uğurları üçün mübarizə aparacaq.

Salas daha əvvəl 2013–2015-ci illərdə Bakının “Rabitə” klubunda çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM