“Zirə”li hücumçu: “Ötən mövsümlə müqayisədə daha yaxşı futbol oynayırıq”

02:50 Zirə 73
“Zirə”li hücumçu: “Ötən mövsümlə müqayisədə daha yaxşı futbol oynayırıq”

“Futbolun bu tərəfinin çox pis olduğunu düşünürəm, çoxlu qol vəziyyətinə girdik, saysız-hesabsız imkanlarımız oldu.

İki zərbəmiz dirəkdən qayıtdı. Sanki bu gün top qapıya daxil olmaq istəmirdi”.

Sportinfo.az xəbər verir ki, bunu Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Sumqayıtda “Payde” ilə heç-heçə edən (1:1) “Zirə”nin türkiyəli hücumçusu Eren Aydın deyib.

O, komandasının yaxşı oyun nümayiş etdirdiyini bildirib:

“İlk matçda da zərbəmiz dirəkdən qayıtmış, qol imkanlarımız boşa çıxmışdı. Çox yaxşı futbol oynadıq.

Amma Allah belə qismət edib. Ediləsi bir şey yoxdur. İndi qarşıdakı çempionat oyunlarına köklənmək istəyirik.

Əslində, bir qədər hazırlıqsız yaxalandım. Amma təlim-məşq toplanışını yaxşı keçirmişdik.

Düşünürəm ki, ötən mövsümlə müqayisədə daha yaxşı futbol oynayırıq. Çox yaxşı çalışmışıq. Qismət belə imiş”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 20:00 Çək və bizə göndər!