"Qarabağ"ın heyəti 2-3 ildən bir yenilənsə də, sistem dəyişmir"

08:50 Qarabağ 203
"Qarabağ"ın heyəti 2-3 ildən bir yenilənsə də, sistem dəyişmir"

"Qarabağ"ın heyəti 2-3 ildən bir yenilənsə də, sistem sabit qalır.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü, Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis UEFA Konfrans Liqasında Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə qarşılaşacaq "Qarabağ"ın şanslarını dəyərləndirib:

"Dinamo" güclü rəqibdir. Ukraynada müharibə getdiyi üçün onlar ev oyunlarını Polşada keçirirlər, bu da azarkeş dəstəyi baxımından çətinlik yaradır. "Qarabağ"a gəldikdə, komanda hər 2-3 ildən bir yenilənir, lakin sistem sabit qalır. Yeni gələn futbolçuların uyğunlaşması üçün vaxt lazımdır. "Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsinə düşməli və orada böyük üstünlüyə malik olmalıdır".

O, UEFA Çempionlar Liqasında yoluna davam edən "Sabah" komandasının çıxışına da toxunub:

"Sabah"dan öz oyununu nümayiş etdirməsini və irəliləməsini gözləyirəm. Böyük işlər görüblər və rahat futbol oynayırlar. İndi "Orhus" kimi daha güclü rəqiblə qarşılaşacaqlar. Məhz bu matçlarda komandanın əsl gücü bəlli olacaq. Düşünürəm ki, "Sabah" get-gedə daha yaxşı oyun nümayiş etdirəcək".

Avropa Liqasında Bolqarıstan ÇSKA-sına iki oyunun (0:0, 0:0, p. - 4:5)) nəticəsinə əsasən məğlub olan "Qarabağ" yoluna UEFA Konfrans Liqasında davam edəcək. Qurban Qurbanovun baş məşqçi olduğu komanda turnirin III təsnifat mərhələsində "Dinamo" (Kiyev, Ukrayna) ilə qarşılaşacaq.

"Sabah" isə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın "Orhus" klubu ilə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Avqust 18:10 Çək və bizə göndər!