“Sabah”a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik"

28 İyul 09:00 Çempionlar Liqası 474
“Sabah”a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik"

“Sabah”a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri "KuPS"un (Finlandiya) baş məşqçisi Miika Nuutinen Çempionlar Liqasının II təsnifat mərhələsində “Sabah”a qarşı keçirəcəkləri cavab oyunu ərəfəsində klubun rəsmi saytına açıqlamasında deyib.

Mütəxəssis Bakıda 0:1 hesabı ilə uduzduqları ilk görüşdən lazımi nəticələr çıxardıqlarını bildirib.

“Mövsümün ən yaxşı oyununu keçirməliyik. Bununla növbəti mərhələyə yüksəlmək üçün yaxşı şansımız olacaq.

İlk matçdan dərs çıxarmışıq və ötən həftə ilə müqayisədə oyuna daha yaxşı nəzarət etmək istəyirik. Azarkeşlərimizin dəstəyi ilə hər şey mümkündür”, – deyə Nuutinen bildirib.

KuPS – “Sabah” cavab görüşü sabah Bakı vaxtı ilə saat 19:00-da Kuopiodakı Väre Arenada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi