DÇ-2026-da çıxış edən komandanın baş məşqçisi vəzifəsindən ayrıldı

2 Avqust 10:15 Dünya futbolu 401
DÇ-2026-da çıxış edən komandanın baş məşqçisi vəzifəsindən ayrıldı

Cənubi Afrika Respublikasının (CAR) futbol yığmasının belçikalı baş məşqçisi Hüqo Bros postunu tərk edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 74 yaşlı mütəxəssisin ölkənin futbol assosiasiyası ilə iyulun 31-də başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

O, yerli qurumun gələn ilin iyulunda keçiriləcək Afrika Millətlər Kubokunun sonunadək olan yeni təklifini qəbul etməyərək peşəkar karyerasını bitirməyə qərar verib.

Təcrübəli mütəxəssis 2021-ci ilin may ayından CAR yığmasına rəhbərlik edib.

Onun idarəçiliyi altında komanda 2023-cü il Afrika Millətlər Kubokunda 3-cü yeri tutub, DÇ-2026-da isə 1/16 finala qədər irəliləyərək Kanadaya məğlub olub.

H.Bros DÇ-2026-nın A qrupunun son matçında Cənubi Koreya üzərində qazanılan qələbə zamanı 74 yaş 75 günlüyündə olub və dünya çempionatlarında oyun qazanan ən yaşlı baş məşqçi kimi tarixə düşüb.

Digər Xəbərlər
Xəbər Lenti