Finlərin baş məşqçisi: “Bakıdakı oyundan sonra vəziyyət əvvəlkindən fərqlidir”

27 İyul 01:10 Çempionlar Liqası 382
Finlərin baş məşqçisi: “Bakıdakı oyundan sonra vəziyyət əvvəlkindən fərqlidir”

“KuPS”un baş məşqçisi Mika Nuutinen Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Sabah”a qarşı keçiriləcək cavab oyunu haqda danışıb.

Sportinfo.az xəbər verir ki, finlandiyalı baş məşqçi komandasının Bakıdakı məğlubiyyətini (0:1) də şərh edib:

“Təbii ki, Bakıdakı oyundan sonra vəziyyət əvvəlkindən fərqlidir. Buna baxmayaraq, biz Bakıda komandanı oyunda saxlayan nəticə əldə etdik.

Lakin növbəti mərhələyə yüksəlmək şansımızı qorumaq üçün oyunumuzu təkmilləşdirməliyik”.

“KuPS” – “Sabah” oyunu iyulun 28-də Finlandiyada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi