Görün, hansı məşhur klublar “Orhus” - “Sabah” cütünün məğlubunu gözləyir! - Avroliqada rəqiblər

13:20 Avropa Liqası 303
Görün, hansı məşhur klublar “Orhus” - “Sabah” cütünün məğlubunu gözləyir! - Avroliqada  rəqiblər

Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Püşkdə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Orhus” (Danimarka) - “Sabah” (Azərbaycan) cütünün məğlubunun rəqibi də müəyyənləşəcək.

Məğlub tərəf Avropa Liqasının pley-off mərhələsində adları aşağıda qeyd edilən rəqiblərdən biri ilə qarşılaşacaq:

“Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya) cütünün qalibi

“Makkabi” (Tel-Əviv, İsrail) – SSKA (Bolqarıstan) cütünün qalibi

“Lex” (Polşa) – Kİ Klaksvik (Farer adaları) cütünün qalibi

“Hradets-Kralove” (Çexiya) – “Beşiktaş” (Türkiyə) cütünün qalibi

Pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə avqustun 27-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti