"Biz bütün titulları qazanmaq istəyirik" - “Barselona”nın müdafiəçisi

20:25 İspaniya 72
"Biz bütün titulları qazanmaq istəyirik" - “Barselona”nın müdafiəçisi

“Barselona”nın müdafiəçisi Jerar Martin yeni mövsüm üçün komandasının qarşısına qoyulan hədəflərdən danışıb.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı futbolçu əsas heyətdə yerini möhkəmləndirmək üçün hər məşqdə və hər oyunda maksimumunu ortaya qoyacağını bildirib:

“Hər məşqdə, hər oyunda özünü göstərməlisən. Mən də “Barselona”nın əsas heyətində yerimi möhkəmləndirmək üçün mübarizə aparacam.

Biz bütün titulları qazanmaq istəyirik. UEFA Çempionlar Liqası bizim üçün xüsusi əhəmiyyət daşıyır, amma məqsədimiz bütün kuboklara sahib çıxmaqdır”.

“Barselona” ötən mövsüm La Liqanın qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti