UEFA az etimad göstərdiyi polyakı Bakıya nə niyyətlə göndərib?

UEFA az etimad göstərdiyi polyakı Bakıya nə niyyətlə göndərib?

“Sabah”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "KuPS"a qarşı keçirəcəyi oyunun hakim təyinatları məlumdur.

Bakıda oynanılacaq ilk görüş Polşadan olan hakimlər briqadasına tapşırılıb.

Matçı Lukaş Kujma idarə edəcək. Ona yan xətt hakimləri qismində Yakub Vinkler və Pyotr Podbyelski kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Marçin Şerboviç yerinə yetirəcək.

35 yaşlı referinin beynəlxalq oyun təcrübəsi baxımından “axsadığını” deyə bilərik.

2020-ci ildən bu yana Polşanın yüksək 89, Polşa kubokunda 11 oyun idarə etməsinə baxmayaraq, avrokuboklarda cəmi 3 qarşılaşmada iş başında olub. Və bütün hallarda Konfrans Liqasının təsnifat mərhələlərində.

U-17, U-19, U-21 millilərinin rəsmi, eləcə də əsas yığmaların yoxlama görüşlərində fit çalan Kujmanın yolu təmsilçilərimizlə heç vaxt kəsişməyib.

“Sabah” – KuPS oyunu polşalı ədalət təmsilçisinin karyerasında xüsusi iz buraxacaq. Çünki bu, onun üçün Çempionlar Liqası kimi mötəbət turnirdə ilk təyinatdır.

İyulun 21-də “Bank Respublika Arena”da keçiriləcək oyunun start fiti saat 20:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti