"Sabah"ın potensial rəqiblərinin matçında “qol yağışı”

22 İyul 03:20 Çempionlar Liqası 461
"Sabah"ın potensial rəqiblərinin matçında “qol yağışı”

"Sabah" ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri – "Orxus" (Danimarka) və "Lex" (Polşa) II təsnifat mərhələsinin ilk oyununu keçiriblər.

Sportinfo.az xəbər verir ki, Danimarkanın Randers şəhərində baş tutan qarşılaşma Polşa təmsilçisinin 4:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab oyunu 29 iyul tarixində Poznan şəhərində keçiriləcək.

“Sabah” II təsnifat mərhələsinin ilk matçında öz meydanında Finlandiyanın "KuPS" komandasını 1:0 hesabı ilə məğlub edib.

“Sabah” və “KuPS” cütünün qalibi növbəti mərhələdə “Lex” – "Orxus" cütünün qalibi ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti