“Biz özümüz də niyə belə alındığını başa düşə bilmirik”.
Sportinfo.az xəbər verir ki, “Zirə”nin yarımmüdafiəçisi Ayxan Hüseynov belə deyib.
İyunda “Turan Tovuz”dan düşərgəyə cəlb olunan 27 yaşlı futbolçu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Payde” (Estoniya) ilə keçirdilkəri qarşılaşmalardan danışıb.
O, komandada tələskənlik olması fikri ilə razılaşıb:
“Zərbələr var idi. Lakin top heç cür qapıdan keçmədi. Rəqib qapıçı da yaxşı oynadı”.
A.Hüseynov mübahisəli penalty epizoduna da toxunub:
“Orada göründü ki, top rəqibin qoluna dəydi. Lakin VAR sistemi olmadığı üçün hakim qərarını dəyişmədi”.

