“Mançester Siti”nin maraq dairəsində olan “Lill”in yarımmüdafiəçisi Ayyub Buaddinin gələcəyi ilə bağlı klub prezidenti Olivye Letanqa açıqlama verib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolçunun komandada qalmasını istədiklərini bildirib:
“Artıq demişdim ki, onu transfer edə biləcək klub sayı çox azdır.
Bu fikrim dəyişməyib və ümid edirəm ki, Buaddi daha bir il bizimlə qalacaq. Bəzi təkliflər almışıq, amma onların heç biri bizi qane etməyib”.
Daha əvvəl “Mançester Siti”nin mərakeşli yarımmüdafiəçini transfer etmək istədiyi bildirilib.

