Mahir ikinci qolunu vurdu, "Rakov" səfərdə məğlubiyyət aldı

00:30 Bizimkilər 151
Mahir ikinci qolunu vurdu, "Rakov" səfərdə məğlubiyyət aldı

Polşa çempionatında 2-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Rakuv” səfərdə "Şlyonsk"ın qonağı olub.

Matç "Şlyonsk"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

M.Emreli əsas heyətdə yer alıb və 60-cı dəqiqədə hesabı açaraq komandasını hesabda irəli çıxarıb. O, matçın 73-cü dəqiqəsində Brusberqlə əvəzlənib.

Bu, Mahir Emrelinin "Rakov"un heyətində ikinci qolu olub. O, daha əvvəl Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Malta təmsilçisi "Valletta" ilə debüt matçında da fərqlənməyi bacarıb.

"Şlyonsk" - "Rakov" 2:1

Qollar: L.Maryanats, 86, P.Samets-Talar, 90 // Mahir Emreli, 60

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 20:00 Çək və bizə göndər!