Təsisçisini dəyişən «Cəbrayıl» qarşıdakı mövsümə yeni adla başlamayacaq.
2021-ci ildə yaradılmış klub növbəti sezona da eyni adla start verəcək.
«Cəbrayıl»ın «Cəncəbasar»a çevrilməsi isə yalnız 2027-ci ilin əvvəlində rəsmiləşəcək. Bu, hüquqi prosedurla əlaqədardır.
Qarabağ bölgəsinə aid rayonu təmsil edən klub Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) olaraq dövlət qeydiyyatına alınıb. Ötən müddət ərzində o, iki təsisçinin - Cavid Hüseynov və Şahin Məmmədovun nəzarəti altında fəaliyyət göstərib.
Bundan sonra isə səhmlər paketi yalnız 1 nəfərin adında olacaq. Hələlik adı gizli saxlanılan şəxsin yalnız Rusiyada çalışan azərbaycanlı iş adamı olması bəllidir.
Bu arada komandada kimlərin çalışacağı bilinib
Tural Rzayev iki ilik aradan sonra komandanın sükanı arxasına qayıtmış Elhad Nəzirinin əsas köməkçi təyin edilib.
«Kəpəz»in yetirməsi olmuş, illərlə bu komandanın şərəfini qorumuş keçmiş hücumçu yeni rəhbərliyin istəyi ilə bu işi görməyə razılaşıb.
Ötən mövsüm «Cəbrayıl»ı çalışdırmış Tarıq Qasımov da buranı tərk etməyib. O, Nəzirinin korpusunda saxlanılıb. Bircə qalıb qapıçı məşqçisi mövqeyi, ora da axtarışlar davam edir.
Bakıda məskunlaşan klub regiona köçməyə qərar verib. Paytaxtı Mingəçevirə dəyişiblər.
Komanda çempionat oyunlarını məhz bu şəhərdə keçirəcək.
SPORTİFNO.AZ

