Millimizin müdafiəçisinin Asiya ölkəsində sevincli günü - VİDEO

24 Sentyabr 09:25 Bizimkilər 1 345
Millimizin müdafiəçisinin Asiya ölkəsində sevincli günü - VİDEO

Cənubi Koreya çempionatında 31-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun da formasını geyindiyi “Daejeon” evdə “Suvon”la qarşılaşıb və 3:1 hesablı qələbəyə sevinib.

Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.

“Daejeon” hazırda 41 xalla 8-ci pillədə qərarlaşıb.

“Daejeon” - “Suvon” - 3:1

Qollar: İn-Kyun Kim, 15, Kanq Hyun Yoo, 37, Tiaqo Orobo, 90-pen. - Kazuki Kozuka, 59

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 23:40 "Bəli, məyusluq oldu"