
Polşada ölkə çempionatının 29-cu turunun “LKS Lodz”- “Lex” matçı müzakirə edilərkən Lodz klubunun azərbaycanlı müdafiəçisi Rahil Məmmədovun performansı da xüsusi qeyd edilib.
Sportinfo.az xəbər verir ki, “Lex”in fanat saytı olan “KKSLECH” millimizin üzvü barədə bunları yazıb:
"Bu ilin mart ayından “LKS Lodz” tamamən başqa komandaya çevrilib. Lodz təmsilçisi son altı oyunda cəmi bir məğlubiyyətlə üzləşib.
Komanda son 6 oyunda 11 xal toplayıb və fevralın 18-dən bəri evdə uduzmayıb.
Qışdan sonra Hüseyn Baliç, Rıza Durmisi və Rahil Məmmədov kimi futbolçular komandanın önəmli üzvünə çevrilib. Bu futbolçular qışda transfer edilib".
“LKS Lodz” – “Lex” matçı aprelin 21-də baş tutacaq.