Millimizin vingeri 8-ci qolunu vurdu - Niderlandda

25 Fevral 2024 03:10 Bizimkilər 776
Millimizin vingeri 8-ci qolunu vurdu - Niderlandda

Niderland birinci divizionunda 27-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün də formasını geyindiyi “Eyndhoven” səfərdə “Venlo" ilə qarşılaşıb.

Görüş 2:2 hesabı ilə başa çatıb. Ozan da bu görüşün iştirakçısı olub.

O, start heyətdə meydana çıxıb. Futbolçu 55-ci dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub. Kökçü 89-cu dəqiqədə əvəzlənib.

Beləliklə, Ozan Can bu mövsüm vurduğu qolların sayını 8-ə çatdırıb.

“Eyndhoven” hazırda 33 xalla 14-cü pillədə qərarlaşıb.

"Venlo" - "Eyndhoven" 2:2
Qollar:
Smans, 17 (1:0), Dahlhaus, 50 (1:1), Kökçü, 55 (1:2), Kosidis, 89 (2:2)
Qırmızı vərəqə: Sverts, 90+3 ("Eyndhoven"

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!