Azərbaycan Ermənistana növbəti XƏBƏRDARLIQ ETDİ

18 Mart 2023 13:50 Bizimkilər 329
Azərbaycan Ermənistana növbəti XƏBƏRDARLIQ ETDİ

“Artıq Azərbaycan öz ərazisində yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində addımlar atmaqdadır”.

Bunu Azərbaycan Xarici İşlər Nazilriyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə deyib.

Onun sözlərinə görə, Azərbaycan erməni sakinlərlə dialoq aparır və xoşniyyətli addım kimi bu çərçivədə növbəti görüşün Bakıda keçirilməsini təklif edib: “Ermənistan tərəfi isə bunun əksinə Qərbi Azərbaycan İcmasının dialoq təklifini tamamilə rədd edib. Bu isə Ermənistanın bölgədə sülh və sabitlikdə maraqlı olmadığının və ikiüzlü siyasət aparmasının göstəricisidir. Azərbaycan tərəfi Ermənistanın hər bir təxribatına qarşı beynəlxalq hüquq çərçivəsində bütün zəruri addımları atacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"