Cənubi Azərbaycan komandası zəlzələ bölgəsinə gedəcək

4 Fevral 2023 01:50 Bizimkilər 306
Cənubi Azərbaycan komandası zəlzələ bölgəsinə gedəcək

“Traktor”un üzvləri zəlzələdən zərər çəkən insanlara yardım etmək və onlarla həmrəyliklərini bildirmək üçün Qərbi Azərbaycan əyalətinin Xoy şəhərinə gedəcəklər.

Sportinfo.az xəbər verir ki, bu barədə Təbriz klubunun kapitanı Mehdi Kiyani məlumat verib.

“Bu həftə içində soydaşlarımızla həmrəyliyimizi bildirmək və onlara əlimizdən gələn qədər yardım etmək üçün Xoy şəhərinə səfər edəcəyik”,- tanınmış futbolçu bildirib.

Xoyda baş verən ardıcıl zəlzələlər nəticəsində 3 nəfər həlak olub, 1200-ə yaxın insan yaralanıb.

İlkin məlumata görə, 73,5 min evə ziyan dəyib. Evləri dağılanlara yardım edilmədiyi üçün insanlar soyuq havada küçələrdə gecələməyə məcbur olur və ərzaq qıtlığı çəkirlər.

Digər Xəbərlər
Xəbər Lenti